Nizami yaradıcılığı öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yer tutur

Nizami yaradıcılığı öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yer tutur

0 rəylər

“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi çərçivəsində tələbələr “Hikmət və nəsihətlər” və “Sirlər xəzinəsi” kitablarını müzakirə ediblər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən ali təhsil ocağının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nüşabə Məmmədova Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Nizami yaradıcılığı öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malikdir. Bu yaradıcılığın nəsillərdən-nəsillərə çatdırılması, təbliği xüsusi önəm daşıyır. Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi bu məsələdə öz rolunu oynayacaq.

Sonra “Hikmət və nəsihətlər” və “Sirlər xəzinəsi” kitablarının müzakirəsi başlayıb. Tələbələrin fəallığı ilə seçilən müzakirədə milli-əxlaqi dəyərlərin təbliğində Nizami Gəncəvi yaradıcılığının öyrənilməsinin əhəmiyyəti, humanizm, ədalətli cəmiyyət kimi dəyərlərin tərənnümü məsələləri müzakirə edilib.

Müzakirənin sonunda Pedaqoji kafedranın müdiri Aytən Məmmədova tələbələrə fəal iştiraklarına görə təşəkkür edib və belə müzakirələrin davamlı olacağını deyib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)