“Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası” adlı elmi məcmuənin ictimaiyyətə təqdimatı

“Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası” adlı elmi məcmuənin ictimaiyyətə təqdimatı

0 rəylər

“Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası” adlı elmi məcmuənin ictimaiyyətə təqdimatı

 

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) dünyaca nüfuzlu nizamişünas alimlər və şərqşünaslarla Nizami İrsinin öyrənilməsi və təbliği istiqamətində əməkdaşlıq etməkdədir. Bu əməkdaşlığın nəticəsi olaraq 2018-ci ilin 14-15 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq MərkəziAzərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası tərəfindən ilk dəfə Bakı şəhərində "Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası" adlı, 13 müxtəlif ölkədən (Kanada, Braziliya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiya) 21 xarici və 30 yerli alimin iştirakı ilə beynəlxalq elmi konfrans təşkil olunmuşdur. Konfransda mövzunun nəzəri və praktiki aspektləri, Nizami poeziyasının estetikası, fəlsəfəsi, ədəbiyyatda “milli mənsubiyyət” fenomeni – irredentizm, Nizami irsi nümunəsində ortaq mədəni keçmiş problemləri müzakirə olunmuşdur. Elmi konfransın yekununda məruzələrin toplanaraq mötəbər Avropa və ya ABŞ elmi nəşriyyatı tərəfindən dərc olunması haqqında qərar verilmişdir. Bu məqsədlə, NGBM tərəfindən elmi məcmuədə yer alan 16 məqalə Azərbaycan dilindən İngilis dilinə, 4 məqalə isə Rus dilindən İngilis dilinə peşəkar səviyyədə tərcümə olunmuşdur. 38 elmi məqalədən ibarət məcmuənin elmi redaktəsi Kembric Universitetinin Yaxın Şərq Tədqiqatları kafedrasının rəhbəri Dr. Kristin Van Rimbeki (Christine Van Ruymbeke) və Bakı Slavyan Universitetinin Azərbaycan Ədəbiyyatı kafedrasının rəhbəri Prof. Rəhilə Qeybullayeva tərəfindən həyata keçirilmişdir.

2020-ci ilin avqust ayında elmi məcmuə PETER LANG nəşriyyatı tərəfindən Almaniyada çap olunmuşdur. Elmi məcmuənin qərbdə fəaliyyət göstərən mötəbər elmi nəşriyyat tərəfindən çapı məcmuənin beynəlxalq elmi dairələrdə qəbulu və təbliği üçün böyük önəm kəsb edir. Belə ki, bu kitab Google Scholar və Tomson Royters (Thomson Reuters) kimi mötəbər rəqəmsal elmi məlumat bazalarında qeydiyyata alınmışdır. 

Bu elmi məcmuədə işıqlandırılan N.Gəncəvinin ümumbəşəri ideyaları dilindən, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq insaları birləşdirən bir dəyər olaraq, müasir Nizamişünaslığa əhəmiyyətli töhfə olacaqdır.

 

 

Açılış niqti:

1. Kərim Tahirov

M.F.Axundov adına Milli Kitabxananın direktoru

 

2. Elnur Əliyev

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri

 

Moderator - Arzu Təbrizli

NGBM-nin Himayəçilər Şurasının sədrinin elmi və mədəni layihələr üzrə müavini 

 

 

Çıxışçılar:

 

  1. Prof. Rəhilə Qeybullayeva

Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri

 

  1. Dr. Kristin Van Rimbeki

Kembric Universitetinin Yaxın Şərq Tədqiqatları kafedrasının rəhbəri,

Böyük Britaniya

(onlayn qoşulacaq)

 

  1. Dr. Nasim Əhməd Şah

Kəşmir Universitetinin İslamşünaslıq üzrə Professoru, Hindistan

(onlayn qoşulacaq)

 

  1. Prof. Eva-Maria Aux

Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının rəhbəri, Almaniya

(onlayn qoşulacaq)

 

 

  1. Prof. Maka Elbakidze

Şota Rustaveli adına Gürcü ədəbiyatı İnstitutunun professoru, Gürcüstan  

Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin birgə həyata keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” beynəlxalq layihəsinin icraçısı

(onlayn qoşulacaq)

 

  1. Prof. Xəlil Yusifli

Filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı

(onlayn qoşulacaq)

 

  1. Teymur Kərimli

 Filologiya üzrə elmlər doktoru, AMEA Əlyazmalar İnstitutunun direktoru

 

  1. Nəsib Göyüşov

Şərqşünas, filologiya elmləri doktoru

 

  1.  Rafiq Novruzov

 Filoloq, ədəbiyyatşünas, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru

 

  1.  Prof. Aydın Talıbzadə

Professor, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru

Teatrşünas,  tənqidçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müdiri

 

  1.  Zöhrə Əliyeva   

Filologiya üzrə fəlsəfə doktoru, “Mədəniyyət/Culture” jurnalının baş redaktoru, Azərbaycan Rəssamlar və Jurnalistlər İttifaqlarının üzvü 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)