Nazir müavini: UNESKO-nun Şəki barədə tarixi qərarını böyük sevinc hissi ilə qarşıladıq

Nazir müavini: UNESKO-nun Şəki barədə tarixi qərarını böyük sevinc hissi ilə qarşıladıq

0 rəylər

Azərbaycanın hər bir uğuru Türkiyə ictimaiyyətinin misilsiz sevincinə səbəb olur. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə tarixi qərarı da böyük məhəbbətlə qarşıladıq.

Bu fikri Türkiyənin Mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam söyləyib.

Bu nailiyyəti bütün türkdilli ölkələr üçün əlamətdar hadisə kimi dəyərləndirən nazir müavini deyib: “Azərbaycan tarixi və müasir mədəniyyətinin özəlliklərilə türk dünyasında seçildiyi kimi Şəki də özünəməxsus dəyərləri ilə Azərbaycanda seçilməkdədir. Şəki əhalisinin əlamətdar xüsusiyyətləri, insanların nadir danışıq tərzi, o cümlədən bölgənin zəngin mətbəxi ayrı-ayrılıqda dəyərli mədəniyyət nümunələridir. Şəkinin pitisi və paxlavası bu torpağa ayaq basan hər kəsə Azərbaycanı sevdirən təamlardır. Təbii ki, bölgənin qədim tarixi, təbii və qazanılmış abidələri təkrarolunmaz bir mirasdır”.

Nazir müavini Sərdar Çam əminliklə bildirib ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycana böyük uğurlar qazandıracaq.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)