Nazir Anar Kərimov İranın Mədəni İrs, Turizm və Əl işləri naziri ilə görüşüb

Nazir Anar Kərimov İranın Mədəni İrs, Turizm və Əl işləri naziri ilə görüşüb

0 rəylər

Nazir Anar Kərimov İrana səfəri çərçivəsində İranın Mədəni İrs, Turizm və Əl işləri naziri Ezatolla Zərqami  ilə görüşüb. Mədəni irsin qorunmasının vacibliyinə toxunan A.Kərimov Azərbaycanla İran arasında qeyri-maddi mədəni irs sahəsində əməkdaşlığın beynəlxalq müstəvidə uğurla inkişaf etdiyini, son illər ərzində ortaq mədəni elementlərə dair birgə hazırlanmış müxtəlif faylların UNESCO-nun müvafiq Reprezentativ Siyahısına daxil edildiyini bildirib. Erməni işğalı dövründə Azərbaycan ərazilərində İslam irsinə böyük zərbə vurulduğu,  80-dən artıq məscidin dağıdıldığı, dinimizi təhqir məqsədilə məscidlərdə heyvanların saxlanıldığına diqqət çəkilib. Hazırda məqsədimizin bu əraziləri bərpa etmək, əraziləri İslam məkanı kimi tanıtmaqdan ibarət olduğunu deyən Nazir A.Kərimov İslam həmrəyliyini nümayiş etdirmək məqsədilə İranın da bu proseslərə dəstək verəcəyinə ümid hissi ifadə edib. İ.Zərqami Azərbaycanla mədəni irsin qorunması sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirmiş, məscidlərin dağıdılmasını qəti pislədiklərini vurğulayaraq, UNESCO  çərçivəsində qeyri-maddi mədəni irs sahəsində uğurlu əməkdaşlığın davamında əzmli olduqlarını qeyd edib. Görüşdə həmçinin,  Xudafərin körpülərinin iki ölkə tərəfindən birgə şəkildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması üçün birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu məqsədlə Anlaşma Memorandumunun imzalanması istiqamətində təmasların intensivləşdirilməsi razılaşdırılıb. Bununla yanaşı, dahi mütəfəkkir Nizami Gəncəvinin zəngin irsinin birgə araşdırılmasının önəminə də diqqət çəkilib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)