Naxçıvanın inkişaf yolundan bəhs edən kitab paytaxt kitabxanalarına təqdim olunub

Naxçıvanın inkişaf yolundan bəhs edən kitab paytaxt kitabxanalarına təqdim olunub

0 rəylər

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərlinin) “Əsrə bərabər illər” adlı kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə Bakı şəhərində fəaliyyət göstərən kitabxanalara təqdim edilib.

Kitab Azərbaycan Milli Kitabxanasının Elektron Kataloquna da yerləşdirilib. Bununla da istənilən internet istifadəçisi bu linkə (http://ek.anl.az/search/query?term_1=Rauf+%C6%8Fliyev+%C6%8Fsr%C9%99+b%C9%99rab%C9%99r+ill%C9%99r&theme=e-kataloq) daxil olmaqla nəşrin elektron versiyasını kompüterə yükləyə, bu yolla kitabla daha ətraflı tanış ola bilər.

Bundan başqa, müəllif tərəfindən kitab Prezident Kitabxanasına də verilib.

Qeyd edək ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda nəşr edilən kitab Naxçıvan Muxtar Respublikasının keçdiyi misilsiz inkişaf yolundan bəhs edir. Nəşrdə jurnalistin AZƏRTAC-da və muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində işıq üzü görmüş analitik materialları və icmalları toplanılıb. Həmin məqalələrdə 2015-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına qızıl hərflərlə yazılmış müxtəlif tədbirlər icmallarla oxuculara təqdim edilir.

Kitabdakı materiallar altı fəsildə verilib: “2015-ci il: Sürətli inkişaf və tərəqqi ili”, “2016-cı il: Nizam-intizam inkişafın, yüksəlişin, yeni-yeni uğurların başlıca səbəbi, aparıcı qüvvəsidir”, “2017-ci il: Xalqın iradəsi, rəhbərin dühası güclü iqtisadiyyatın formalaşmasına və yüksək rifaha yol açıb”, “2018-ci il: Qədim və müasir Naxçıvan - İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı”, “2019-cu il: Sosial-iqtisadi yüksəlişini uğurla davam etdirən Naxçıvanda “Ailə təsərrüfatları ili” və “2020-ci il: Zəfər ilinin uğurları”. Fəsillərin adlarından göründüyü kimi, kitab muxtar respublika həyatının bütün sahələrini əhatə etməklə, qazanılan uğurlar barədə oxucularda əyani təsəvvür yaradır.

Kitabın ön söz müəllifi olan AZƏRTAC-ın İdarə heyətinin sədri Aslan Aslanovun qeyd etdiyi kimi, agentliyin Naxçıvan bürosu ötən illər ərzində muxtar respublikada əldə edilən nailiyyətləri geniş işıqlandırıb. 2015-2020-ci illərdə işıq üzü görən məqalələrin bir kitabda toplanması həmin illər ərzində muxtar respublikada gedən inkişaf prosesləri ilə daha yaxından tanış olmağa imkan verir.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)