“Musiqi ruha qidadır” adlı tədbir iştirakçılarda xoş ovqat yaradıb

“Musiqi ruha qidadır” adlı tədbir iştirakçılarda xoş ovqat yaradıb

0 rəylər

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzində 18 sentyabr - Milli Musiqi Günü münasibətilə “Musiqi ruha qidadır” adlı tədbir keçirib.

Yevlax şəhər yaradıcılıq evinin direktoru Zöhrə Adıgözəlova, Milli Məclisin deputatı İlham Məmmədov və başqaları çıxış edərək, dahi bəstəkarın ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.

Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə daim qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il dahi bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd olunur. Bu gün bu ənənə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Yevlax şəhər “Kür” vokal-instrumental ansamblının ifasında musiqi nömrələri tədbir iştirakçılarda xoş ovqat yaradıb.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)