Moskva Müasir İncəsənət Teatrı Bakıda “Anna Karenina”nı təqdim edib

Moskva Müasir İncəsənət Teatrı Bakıda “Anna Karenina”nı təqdim edib

0 rəylər

Fevralın 7-də Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa təqdim olunub.

Səhnə əsərinin nümayişi Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində reallaşıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan opera studiyasında izlənilən tamaşa mənfi fikirləri, stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.

Anna və Vronskinin bədbəxt eşqi, digər ailələrin qarşılıqlı münasibətinin nəzdində inkişaf edir. Beləliklə, qarşıya insan ruhunun keçmiş bir il yarım ərzində baş verən dəyişikliklərə güc - bəla ilə necə tab gətirdiyinin şahidi olaraq, geniş bir mənzərə çıxır.

İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)