Misirin dövlət telekanalı Nizami Gəncəvi haqqında veriliş yayımlayıb

Misirin dövlət telekanalı Nizami Gəncəvi haqqında veriliş yayımlayıb

0 rəylər

Misirin “Nile” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişin əvvəlində Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi və mədəniyyəti, müasir dövrdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilib. Daha sonra misirli tamaşaçılara Nizami Gəncəvinin həyatı və yaradıcılığı barədə süjet təqdim edilib.

Verilişdə Şərqin dahi şairinin anadan olmasının 880-ci ildönümü münasibətilə Azərbaycanın Misirdəki səfirliyinin təşkil etdiyi konfrans haqqında məlumat, səfir Tural Rzayevin və Misirin tanınmış alimlərinin “Nile” telekanalına müsahibələri də yer alıb.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)