Milli Kitabxanada növbəti virtual sərgi

Milli Kitabxanada növbəti virtual sərgi

0 rəylər

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı sərgi virtual rejimdə təqdim olunub.

Sərgidə görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, Azərbaycan dilinin qorunması və inkişafı baxımından imzalanan rəsmi sənədlər, Milli Kitabxananın fondundan ana dilimiz haqqında kitab və mövzuya dair digər resurslar yer alıb. Sərgidə təqdim olunan resurslar tam mətnləri ilə verilib. Sərgi ilə http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linki vasitəsilə tanış olmaq olar.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)