Milli Kitabxanada “Bəkir Çobanzadə-125” adlı sərgi açılıb

Milli Kitabxanada “Bəkir Çobanzadə-125” adlı sərgi açılıb

0 rəylər

Mayın 15-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümumtürk və Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, türkoloq, professor Bəkir Çobanzadənin anadan olmasının 125 illiyinə həsr olunan “Bəkir Çobanzadə-125” adlı sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, sərgidə alimin Azərbaycan, rus və digər dillərdə əsərləri, tərtib və redaktə etdiyi, həmçinin haqqında olan kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)