Milli Kitabxanada “15 may- Beynəlxalq ailə günüdür” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “15 may- Beynəlxalq ailə günüdür” adlı kitab sərgisi açılıb

0 rəylər

Mayın 15-i Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Prezident İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir. Bu münasibətlə mayın 15-də Milli Kitabxanada Beynəlxalq ailə günü ilə əlaqədar “15 may-Beynəlxalq ailə günüdür” adlı kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan və xarici dillərdə Azərbaycan ailəsi, ailə-məişət qayğıları, ailə psixologiyası, ailədə uşaqların tərbiyəsi və s. haqqında kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.​

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)