Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir

Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir

0 rəylər

Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən bilavasitə Azərbaycan Milli Kitabxanasında oxuculara xidmət müvəqqəti dayandırılmışdır. Lakin buna baxmayaraq Milli Kitabxana onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir. Kitabxananın onlayn xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə oxuculara məlumat verilib. Bu gün Milli Kitabxananın aşağıdakı onlayn xidmətləri oxucular üçün aktivdir:

Biblioqrafik sorğu

Sənədlərin sifarişi və elektron çatdırılması

Virtual Sərgi

Metodiki xidmət (kitabxanalar üçün)

Milli Kitabxananın istifadəçiləri onlara lazım olan resursları Milli Kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. Martın 11-dən etibarən 200-ə yaxın istifadəçiyə 1000 - ə yaxın resurs elektron çatdırılmışdır.

Həmçinin, Milli Kitabxananın virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq minlərlə elektron resurslardan istifadə edə bilərlər.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)