Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb

Milli Kitabxana “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlayıb

0 rəylər

Sentyabr ayının 22-də Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası rəsmi sənəd, əfsanələşən partizan ömrü, mükafatları, haqqında nəşrlər, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/E.Cebrayilov100/index.html linkindən istifadə edə bilərlər. 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)