Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi

Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi

0 rəylər

Martın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət”  kanalı ilə  birgə həyata keçirilən  “Bizi birləşdirən mədəniyyət”  layihəsi çərçivəsində  musiqi dərslərinin  çəkilişinə start verildi.  

İlk dərslər Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, aparcı müəllimi,  Respublikanın Əməkdar artisti Əziz  Qarayusifli (klarnet), məktəbin fortepiano şöbəsinin müdiri Mənsurə Quliyeva,  xalq çalğı alətləri şöbəsinin müdiri Şahnaz Muradova (kamança), aparıcı müəllim Təranə Babayeva (kamança), xoreoqraflar Emil Pənahov, Səbinə İsmayılova, musiqişünas Leyla Həsənovanın (musiqi ədəbiyyatı)  dərslərinin  lentə yazılması ilə həyata keçirildı.

Televiziya ilə həftə içi beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə  edəcək musiqi dərsləri aprel ayının 2-dən başlayaraq   “Mədəniyyət” kanalının efirində  dinləyicilərə təqdim ediləcək.
Televiziya ilə musiqi dərslərinin  keçirilməsi hər birimizin, bütövlükdə xalqımızın sağlığı naminə tətbiq olunan zəruri sosial izolyasiya və karantin rejiminə riayət etməklə bərabər şagirdlərimizin  musiqi və incəsənətdən uzaq düşməməsi üçün  vaxtında atılmış gözəl bir addımdır.

Xalqımızın ruh qaynağı olan zəngin mədəni irsimiz hər zaman bizimlədir.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)