Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovu qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovu qəbul edib

0 rəylər

Fevralın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovu qəbul edib.

Qonaqı salamlayan nazir Əbülfəs Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini dedi və bildirdi ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.

TÜRKSOY-un Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini bildirən nazir qeyd etdi ki, UNESCO və İSESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.

Görüş çərçivəsində, həmçinin Qara Qarayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi və ölkəmizdə mədəniyyət sahəsində gerçəkləşən yeni tədbirlər, layihələr və islahatlar müzakirə olundu.

Düsen Kaseinov səmimi qonaqpərvərliyə görə nazirə təşəkkürünü bildirdi. Təşkilatın gələcəkdə həyata keçirəcəyi layihələr haqqında məlumat verən baş katib davamlı olaraq Azərbaycanla bağlı çoxsaylı tədbirlərin reallaşacağını diqqətə çatdırdı. 

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)