Mədəniyyət evində Qurban bayramı münasibətilə xeyriyyə tədbiri təşkil edilib

Mədəniyyət evində Qurban bayramı münasibətilə xeyriyyə tədbiri təşkil edilib

0 rəylər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə mədəniyyət evində Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib.

Tədbirdə qəsəbə şəhidlərinin ailə üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar və aztəminatlı ailələr iştirak edib.

Tədbiri mədəniyyət evinin direktoru Günel Bəxtiyarova açaraq bərabərlik, paylaşma kimi gözəl xüsusiyyətləri özündə əks etdirən belə gözəl bayramların, xeyriyyə tədbirlərinin keçirilməsinin əsrlərdən bəri davam edən gözəl ənənə olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbir ədəbi-bədii hissə ilə davam edib.

Sonda ailələrə bayram sovqatı paylanılıb.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)