“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb

“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb

0 rəylər

“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb.
JURNALIMIZIN FORZASI TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİNİ SİMVOLİZƏ EDİR.
Dərgi Azərbaycan Cümhuriyyətinin 102 yaşı münasibətilə xüsusi xidmət orqanlarımızın sələfi olan 101 il öncə yaradılmış Əksinqilabla Mübarizə Təşkilatının ilk rəhbəri Məhəmmədbağır Şeyxzamanlı haqqında Dilqəm Əhmədin qələmə aldığı maraqlı qeydlərlə açılır.
Əməkdaşımız Şövkət Səlimovun vaxtilə - hələ Azərbaycan televiziyasında çalışarkən Şuşaya səfəri zamanı topladığı qiymətli materiallar “Şuşa simfoniyası” adlandırdığı yazısı oxucunun “Şuşa yaddaşı”nı təzələyəcək.
“Elm və ədəbiyyat şəhidi” sərlövhəli müsahibədə dahi Salman Mümtazın həyat və fəaliyyətindən söhbət açılır, nəvəsi, şərqşünas Urxun Qalabəylinin söhbətlərinə əsasən, böyük tədqiqatçının indiyədək tam araşdırılmamış elmi əlaqələri, ədəbiyyatımıza verdiyi töhfələrdən söz açılır.
Azərbaycanın poetika, birlik və mənəvi bütövlük rəmzi sayılan Məhəmmədhüseyn Şəhriyar barədə dolğun bilgilər, eləcə də ölməz poeziyasından nümunələri də “Ədəbiyyat” rubrikasında oxumayacaqsınız.
Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda nadir sənət nümunələrinin toplandığı Əlyazmalar Fondundan məlumatlar isə AMEA Muxtar Respublika bölməsinin əməkdaşı Türkanə Bəylərlinin təqdimatında verilir.
Ölkəmizin adını ucaldan soydaşımız, görkəmli musiqiçi, hazırda ABŞ Texas Universiteti Dallas filialının professoru, Azərbaycan-Amerika Musiqi Fondunun həmtəsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Spitsberq haqqında məqalə ilə tanış oldduqca sərhədlərimizdən uzaqlarda yaşayan belə həmvətənlərimizin uğurları qəlbinizi qürurla dolduracaq.
“Teatr” bölümündə pandemiya dövründə teatrlarımızın durumu, bu mədəniyyət müəssisələrinin öz işlərini dövrün tələblərinə uyğun qurması, səhnə əsərlərinin virtual nümayişindən danışılır.
Rəssam Günay Zebiçin “Biz birlikdə qalib gələcəyik” əsəri “Bir birlikdə güclüyük şüarını bir daha təsdiq edir
“Turizmin regionların sosial-iqtisadi inkişafına təsiri”, fiziki imkanları məhdud uşaqlardan bəhs edən “Siz tək deyilsiniz!”, multikulturazm mövzusunda “Şahdağın övladları”, mədəni irsimiz sırasında “Beşbarmaq dağı: əfsanə, ziyarətgah, yoxsa istehkam” və digər yazıların da sevilə-sevilə oxunacağına inanırıq.
“Elm” rubrikasında isə hər zamankı kimi yenə müqtədir və gənc alimlərimiz səs-səsə, qələm-qələmə Azərbaycanın intellektual potensialının keşiyində dayanır, yeni ideyalar, mövzuların təqdimatı ilə kreativ elmi yanaşmaların təməlini qoyurlar.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)