Lənkəran Beynəlxalq Teatr festivalı davam edir

Lənkəran Beynəlxalq Teatr festivalı davam edir

0 rəylər

İyunun 1-dən 5-dək I Lənkəran Beynəlxalq Teatr festivalı keçirilir. Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu sənət bayramı ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Lənkəran Dövlət Dram Teatrında təşkil olunur.

Festivala ölkəmizdən bir sıra mədəniyyət müəssisələri – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət KuklaTeatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və Ol Teatrı öz tamaşaları ilə qatılır. Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination” Teatrı, Gürcüstanın Azadlıq Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edir.

Bakı Uşaq Teatrı da bu festivalda "Göyçək Fatma" tamaşası ilə çıxış edib.

“Göyçək Fatma” Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşada izləyicilərə xeyirxahlıq və ədalətli olmaq kimi gözəl duyğular aşılanır. Belə ki, “Göyçək Fatma” qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur. Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş tamaşa 7-13 yaşlı uşaqlar üçün nəzərdə tutulur. 

Rejissoru Əməkdar artist İntiqam Soltan, rejissor assistenti İlhamə Əhmədova, rəssamı - Sevda Məmmədova, qrim ustası - Zəminə Allahverdiyeva, musiqi tərtibatçısı - Rauf Hüseynli olan tamaşada rolları Göyçək Fatma - Türkan Şahmarlı, baba - Niyaz İlyasoğlu, nənə - Sovqat Səmədova, ögey ana - Könül Şahbazova, ata, Aşıq - Niyaz Novruzov,  çirkin Fatma - Nicat Əhmədov, qarı - Gülər Ləzgiyeva, şahzadə - Qurban Əhmədov,  keşikçi - Emin Balayev ifa edib.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)