Kukla Teatrı uşaqları “Cırtdan” tamaşası ilə salamlayacaq

Kukla Teatrı uşaqları “Cırtdan” tamaşası ilə salamlayacaq

0 rəylər

Aprelin 11-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrində “Cırtdan” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da göstəriləcək.

AZƏRTAC xəbər verir ki, teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.

Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)