"Könüldən könülə " adlı musiqili poeziya gecəsi

"Könüldən könülə " adlı musiqili poeziya gecəsi

0 rəylər

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin böyuk zalında "Könüldən könülə " adlı musiqili poeziya gecəsi keçirildi. Gecənin təşkilatçıları Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunları olmuş və hal-hazırda Ü.Hacıbəyli adına BMA-nın tələbələri,  Respublika və Beynəlxalq müsabiqələr laureatları Nərgiz Hüseynzadə (Prezident təqaüdçüsü, (skripka)), Mədinə Bağırova (fortepiano) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseynağa Aslanovdur (bədii qiraət üzrə Respublika və Beynəlxalq müsabiqələr qalibi).

Qeyd edək ki, artıq fevral ayının başlanğıcında ölkəmizdə mühüm,  əlamətdar hadisələr qeyd olundu.
"2 fevral-Gənclər günü"- bu əlamətdar hadisələrdən biri oldu.

Bu məqsədlə də istedadlı gənclər Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin məzunları kimi yetişdikləri musiqi ocaqına sadiq qalıb tədbirlərini məhz bu binada qeyd edərək  2 fevral gənclər gününə həsr etdilər.

İstedadlı gənc tələbələrin bu musiqili poeziya gecəsini təşkil etmələrində məqsəd isə gənclərdə klassik musiqiyə, eləcə də sözə, poeziyaya daha çox diqqət, maraq artırmaqdır.Musiqili poeziya gecəsi tamaşaçılara rəngərəng və maraqlı proqramla təqdim olundu.

Bədii qiraət üzrə Hüseynağa Aslanov klassik və muasir ədəbiyyatımızdan şeirler söyləyərək Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid, Zeynal Cabbarzadə, həmçinin dövrümüzün ədibləri Rəna Mirzəyeva, Rəziyyə Məmmədova və b. yaradıcılıqlarına müraciət etdi.

N.Hüseynzadə (skripka) və M.Bağırova (fortepiano) isə Arif Məlikov, F.Şopen, A.Piazzola, R.Lovland, E.Morricone, Yi Ruma kimi bəstəkarların əsərlərini məlahətli,  yüksək səviyyədə və peşəkarcasına ifa edərək gənc qiraətçinin çıxışına və eləcə də gecəyə  xüsusi bir kolorit , çalar qatdılar.

Səmimi alqışlarla qarşılanan gecə tamaşaçıların könüllərində xoş bir təəssürat yaradaraq yüksək səviyyədə keçdi.Tədbirdə musiqi və incəsənətimizin görkəmli nümayəndələri,  qonaqlar da iştirak edirdilər.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)