Kinorejissor Elçin Musaoğluya “Əməkdar İncəsənət Xadimi” fəxri adının medalı və vəsiqəsi təqdim edilib

Kinorejissor Elçin Musaoğluya “Əməkdar İncəsənət Xadimi” fəxri adının medalı və vəsiqəsi təqdim edilib

0 rəylər

Bu barədə medeniyyetinfo-ya məlumat Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Əməkdar İncəsənət Xadimi” adına layiq görülən Elçin Musaoğlunun fəxri ad vəsiqəsi və medalı martın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən rejissora təqdim edilmişdir.

Elçin Musaoğlunu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayan nazir Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini söyləyib. Ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan nazir bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Sonda Elçin Musaoğlu yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

 

 

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)