Jurnalımızın yeni sayı …

Jurnalımızın yeni sayı …

0 rəylər

Medeniyyet.info xəbər verir ki, “Mədəniyyət.AZ” jurnalının bu sayı istirahət mövsümünün tən ortasında oxucularımıza təqdim olunur. 
Bəşəriyyətin təhlükəsizliyi, sülh və davamlı inkişaf! Cəmiyyət üçün bundan vacib bir nəsnənin oldugunu təsəvvür etmək çətindir. Elə buna görə baş məqaləmiz devizi məhz bu anlamlar olan və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uğurla həyata keçirilən IV Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilib. 
“Nisgilimiz – Qarabağ” rubrikası, təəssüf ki, yenə də Şuşanın işğalının növbəti ildönümünə həsr olunub.
“Ədəbiyyat” səhifəmizin məzmununu nazirliyimizin təsis etdiyi “Qızıl kəlmə” mükafatının növbəti təqdimatı, istiqlalımızın unudulmaz şairləri Əhməd Cavad və Almas İldırım ucalığına kökləmişik.. 
“Musiqi” səhifəsi özgün musiqi mədəniyyətimizin Mstislav Rostropoviç fəxarəti ilə - IX Beynəlxalq Rostropoviç Festivalının işinin təhlili və Olqa Rostropoviçlə müsahibəylə görüşünüzə gəlib. 
“Teatr” adlı möcüzəyə həsr olunmuş rubrika “YUĞ” Dövlət Teatrının yeni səhnə əsəri haqqında məqalə ilə süslənib.
Rəngkarlıq sənətinə həsr olunmuş bölümün bu dəfəki qəhrəmanı görkəmli fırça ustasıTağı Tağıyevdir. 
“Bu kino ki var…” rubrikası bu dəfə Cəbrayıl Əzimovla kinomuzun keçmişini işıqlandırmaqla kifayətlənməyib, həm də bu sahənin müasir uğurlarına fokuslanıb.
“Muzeylərimiz” rubrikasının fabulasında Belqrad Etnoqrafiya Muzeyində təşkil edilmiş sərgi haqqında məqalə dayanır. 
Bu dəfəki sayımızın “Portret”ini “çəkərkən” unudulmaz ziyalımız Ramazan Xəlilovun obrazından ruhlandıq. 
Turizm sahəsinin uğurları Xaçmaz-Quba gözəllyi, Bakı Şoppinq Festivalı və dəmiryol turizminin inkişafından bəhs etməklə işıqlandırılıb.
Və, hər dəfə olduğu kimi, “Elm” rubrikası “mədəniyyət” adlanan çox geniş anlamın bütün sahələrinə aid araşdırma məqalələrlə qüvvədədir. Beləliklə, Sizə maraqlı oxular, əziz mədəniyyət xiridarları!

 

Samirə