İstanbulda Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi keçirilib

İstanbulda Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi keçirilib

0 rəylər

İstanbulun Su Nümayiş Sənətləri Səhnəsində növbəti Beynəlxalq Anadolu Teatr Mükafatlarının təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu il yeddinci dəfə baş tutan tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Oyun Yazarları və Tərcüməçiləri Dərnəyi, Anadolu Uşaq Oyunları Qolu (AÇOK) və "Sənətə bəli" platforumu tərəfindən təşkil olunub.

Mərasimdə teatr sənəti ilə bağlı müxtəlif nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edilib. "Teatr tənqidçisi" nominasiyası üzrə mükafat professor İsrafil İsrafilova verilib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)