İncəsənət Gimnaziyasının şagirdlərinin növbəti uğuru

İncəsənət Gimnaziyasının şagirdlərinin növbəti uğuru

0 rəylər

Moskva şəhərində Vladimir Spivakov Fondu tərəfindən XVI “Moskva dostları qarşılayır” Beynəlxalq Festivalı keçirilib.

Festivalda dünyanın 36 ölkəsindən gənc istedadlar Moskva şəhərinin müxtəlif konsert salonlarında maraqlı musiqi proqramları ilə çıxış edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri də festivalda ölkəmizi layiqıncə təmsil ediblər.

Beynəlxalq Musiqi Evinin Svetlanov zalında reallaşan festivalın açılış mərasimində konsert proqramı ilə yanaşı, gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb. İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Mədina Həmzətova və Fərəh Kərimovanın rəsmləri təşkilatçılar tərəfindən seçilərək sərgidə nümayış edilib.

Dövlət Akademik Böyük Teatrının Bethoven zalında respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyev bəstəkar Həsən Rzayevin “Çahargah” rapsodiyasını böyük məharətlə səsləndirib.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)