ICESCO “Dünyaya yeni baxış mədəniyyəti” adlı “Think Tank”a start verib

ICESCO “Dünyaya yeni baxış mədəniyyəti” adlı “Think Tank”a start verib

0 rəylər

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) üzv ölkələrin nazirləri, universitet rektorları, professor və müxtəlif sahələri tədqiq edən araşdırmaçıların iştirakı ilə “Dünyaya yeni baxış mədəniyyəti” adlı “Think Tank”ın (Beyin mərkəzinin) fəaliyyətinə start verib.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, bu gündən başlayaraq videokonfrans formatında keçirilən müzakirələrdə ICESCO-nun Aqora Rəqəmsal Platforması çərçivəsində ərəb, ingilis, fransız, ispan və alman dillərində qlobal mədəni dəyişikliklər mövzusunda 58 məqalə və 36 kitabın müəllifi olmuş dünyanın 100 mütəxəssisi və universitet professorları tolerantlıq, dinlərarası dialoq, mədəni irsin qorunması, linqvistika və intellektual müxtəliflik mövzularında məruzələr təqdim edəcəklər.

İlk sessiyanın açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl Malik, Misirin mədəniyyət naziri İnas Əbdel Dayim, habelə Mərakeş, Seneqal, Qabonun rəsmiləri çıxış ediblər.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)