Həftəsonu Gənc Tamaşaçılar Teatrında

Həftəsonu Gənc Tamaşaçılar Teatrında

0 rəylər

Mətbuat xidmətinə istinadən medeniyyet.info xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi hazırda Tbilisidə Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində 2 gün ərzində Gürcüstanda yaşayan soydaşlarımız və gürcü məktəbliləri üçün Pərvinin “Dəcəl keçi” tamaşasını nümayiş etdirəcək.

Daha sonra ADGTT-nın truppası 3 gün Vladiqafqaz şəhərində Şimali Osetiya Dövlət Gənc Tamaşaçılar və 2 gün Çeçenistan Respublikasında sözügedən tamaşanı nümayiş etdirəcək.

Kollektivin digər üzvləri isə paytaxt Bakıda aprel ayının 22-də saat 12.00 və 14.00-da məktəblilər üçün A.Şaiqin “Tıq-tıq xanım”, axşam saat 19.00-da böyüklər üçün Ə.Əmirlinin “Mən səni sevirəm – MSS”, 23 aprel tarixində isə saat 12.00 və 14.00-da məktəblilər üçün P.Pançevin “Dörd əkizin nağılı”, axşam isə  şəhərimizin sakinləri və xarici qonaqlar üçün məşhur dramaturq Martin MakDonaxın “Lineynin gözəllik kraliçası” tamaşalarını nümayiş etdirəcək.

Məbləği 5-8 AZN olan tamaşa biletlərini şəhərimizin bütün Mərkəzləşdirilmiş kassalarından və Asan xidmət filiallarından əldə edə bilərsiniz.

Məlumat üçün bildirək ki, ADGTT-nın başqa heyəti isə RF-in İvanov vilayətində Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə aprel ayının 22-də çıxış edəcək.