Gürcüstan Aşıqlar Birliyinin sədri dünyasını dəyişib

Gürcüstan Aşıqlar Birliyinin sədri dünyasını dəyişib

0 rəylər

Gürcüstan Aşıqlar Birliyinin sədri, ictimai xadim, tanınmış şair- publisist Osman Əhmədoğlu vəfat edib.

Bu barədə AZƏRTAC-a “Mirvari Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı məlumat verib.

Qeyd edək ki, 1948-ci ildə Borçalı mahalında dünyaya gələn şair "Borçalıda yanan ocaq", " Mənim söz karvanım" və digər kitabların müəllifidir.

"Qeyrət" xalq hərəkatının ilk qurucularından olan Osman Əhmədoğlu Borçalıda Aşıqlar Birliyinin sədri, “Dərviş” cəmiyyətinin qurucusu və rəhbəri olub. O, həmçinin Tbilisidə nəşr olunan "Dədə Qorqud" dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordeni ilə təltif olunmuş ilk türk şairidir.

Allah rəhmət eləsin.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)