Gənc Azərbaycan Pianoçularının Konserti

Gənc Azərbaycan Pianoçularının Konserti

0 rəylər

Medeniyyet.info xəbər verir ki, Mədəniyyət kanalının  təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyası və Mədəniyyət kanalının  birgə layihəsi “Gənc Azərbaycan Pianoçularının Konserti” keçiriləcək. Konsertdə Bakı Musiqi Akademiyasının tələbələri, beynəlxalq müsabiqələr laureatları - Abbaslı Nəzrin,Əmiraslanov Nəriman, Əzizov Ceyhun, Ələkbərzadə Eldəniz, Hacızadə Suada, Manafzadə Atabala, Ağayeva Mədinə, Əzizov Cavid, Şıxaliyeva Ülviyyə, Aydəmirov Vüsal, Babayeva Vüsalə, Usubova Züleyxa, Nəcəfzadə Minirə, Hüseynzadə Lalə, Məmmədova Aydan, Nəbizadə Sevinc, Ramazanova Aida, Şahbazlı Aysel, Əlizadə Fuad, Həsənov Kamil, Cəfərli Nilufər, Hüseynli Lalə, Şıxıyev Tofiq , Gülşən İbadova (vokal), Nicat Məsimov (balaban) çıxış edəcəklər.

Tədbir 27 mart 19.00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında  keçiriləcəkdir. Musiqisevərlər biletləri şəhərimizin kassalarından və online www.iticket.az  saytından əldə edə bilərlər.