Fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması üzrə növbəti təlim kursu başa çatıb

Fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması üzrə növbəti təlim kursu başa çatıb

0 rəylər

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano və royal alətlərinin mütəmadi olaraq köklənməsi və cari təmir işlərinin aparılması üçün mütəxəssislərə böyük ehtiyac duyulur. Bu məqsədlə nazirlik tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano və royal alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursu keçirilib.

Kurslarda Gəncə, Samux, Naftalan, Zərdab, Gədəbəy, Yardımlı, Şəki şəhər və Cəlilabad rayon uşaq musiqi məktəblərinin müəllimləri iştirak etmiş və onlar alətlərin tarixi və hissələri, mexanikanın nizamlanması, çəkiclərin şlifovkası, klavişlərin, pedalların təmiri haqqında məlumat və praktiki vərdişlər əldə edilib.

Abbas Kərimovun rəhbərliyi ilə aparılmış təlim kurslarının yekun nəticələrinə əsasən, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sevil Ələkbərova tərəfindən iştirak edən müəllimlərə müvafiq sertifikatlar təqdim edilib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)