Eyfmanın teatrı Bakıda "Günahın o biri tərəfi" tamaşasını göstərəcəkdir

Eyfmanın teatrı Bakıda "Günahın o biri tərəfi" tamaşasını göstərəcəkdir

0 rəylər

Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünün populyar "Günahın o biri tərəfi" adlı tamaşasını göstərəcəkdir.

Tanınmış balet truppasının Bakıda qastrolları X beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində baş tutacaqdır. 

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi" baleti  M.Dostoyevskinin "Karamazov qardaşları" romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir. Qeyd edək ki, Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə həyata keçirilmişdi. 
Baletin Sankt-Peterburq şəhərində premyerası 29 aprel 2013-cü ildə böyük uğurla baş tutmuşdur.​

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)