Dünyanın məşhur incəsənət sərgiləri Azərbaycan kino-ekranlarında

Dünyanın məşhur incəsənət sərgiləri Azərbaycan kino-ekranlarında

0 rəylər

British Council Cool Connections Şirkəti və Park Cinema ilə əməkdaşlıq şəraitində təsviri incəsənətə həsr olunmuş maraqlı layihənin davam etdiriləcəyini çox böyük məmnuniyyətlə elan edir: Ekranda Sərgi.

 

"Ekranda Sərgi" proqramı dünya qalereyalarının məşhur incəsənət sərgilərini yüksək keyfiyyətlə Azərbaycan ekranlarına gətirəcək. Proqram 7 dekabr  tarixində "Devid Hokni Kral İncəsənət Akademiyasında" filmi ilə açılacaq.

 

 

Müxtəlif mükafatlara layiq görülmüş və incəsənətlə bağlı sənədli filmlər çəkmiş britaniyalı rejissor Fil Qrabskinin əməyinin məhsulu olan Ekranda Sərgi gündən-günə artmaqda olan beynəlxalq auditoriyalara dünyanın ən tanınmış qalereyalarını, sərgilərini və rəssamlarını görmək imkanı verir. Tamaşaçılar tarixdə ilk dəfə dünyanın ən görkəmli sənət incilərini böyük ekranda yüksək keyfiyyətlə ön sıradan izləmək fürsəti qazanır.

 

Dünyanın ən böyük sənət sərgilərində, muzey və qalereyalarda lentə alınmış bu yenilikçi film seriyası dünyanın müxtəlif yerlərindən olan sənətsevərlərə tarixin ən görkəmli rəssamlarının əsərlərini izləmək və onlardan zövq almaq imkanı verir. Filmlər 50-dən çox ölkədə 1500-dən çox kinoteatrda nümayiş olunub. Bu zaman bir milyondan çox bilet satılıb.

 

Proqram çərçivəsində Bakıda yeddi tammetrajlı sənədli film nümayiş olunacaq. Filmlər tarixin ən görkəmli rəssamlarının şah əsərlərini yüksək keyfiyyətli rəqəmsal kino texnologiyaları ilə tamaşaçılara təqdim edəcək. Filmlər sadəcə sərgidəki rəsmlərdən bəhs etməklə kifayətlənməyib, bəzi suallar verib onları cavablandıracaq:  Sərginin əsasında yaradıcılıq və texniki baxımdan nə durur?  Rəsm və obyektlərin konkret olaraq bu kolleksiyası rəssam haqqında, yaxud konkret tarixi dövr haqqında bizə nə söyləyir? Sərgiləri təşkil edən qalereyalar haqqında nə öyrənirik? Azərbaycan tamaşaçıları bu heyrətamiz sənədli film seriyasında bir çox görkəmli sənətkarların şah əsərlərinin tarixçəsini öyrənəcək.

 

7 dekabr tarixində (19.00) Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında (3 saylı kino zalı) "Devid Hokni Kral İncəsənət Akademiyasında" filminin qapalı nümayişi keçiriləcək. Devid Hokni - təkcə Britaniyanın ən məşhur rəssamlarından biri deyil, həm də dünya incəsənətinin sensasiyası hesab olunur. Onun London, Nyu-York, Paris və digər dünya paytaxtlarında keçirilən sərgilərini dünyanın müxtəlif yerlərindən gəlmiş milyonlarla insan ziyarət edir. Yaşı artıq 80-i ötmüş rəssam bu yaşında bədii cəsarətini boğmaq niyyətində olmadığını bildirir.

 

Bu film Hokninin 2012 və 2016-cı illərdə London şəhərində Kral Rəssamlıq Akademiyasında keçirilmiş iki böyük sərgisinə, rəssamın verdiyi mənalı və səmimi müsahibələrə əsaslanır. Rejissor Fil Qrabski XXI əsrin ən böyük sənətkarlarından birinin kinematoqrafik portretini yaradır.

 

Filmlər Alov Qüllələrində yerləşən "Park Cinema" kinoteatrında nümayiş olunacaq. Biletlərin qiyməti 9 manatdır. Onları onlayn şəkildə, eləcə də Alov Qüllələrinin Park Cinema kassalarından əldə etmək mümkündür.

KİV nümayəndələri 7 dekabr tarixində saat 18.30-da, Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında.baş tutacaq mətbuat konfransına dəvət olunurlar.

Samirə