Dünya arxivçilərinin növbəti konfransı Kamerunda olacaq

Dünya arxivçilərinin növbəti konfransı Kamerunda olacaq

0 rəylər

Dünya arxivçilərinin növbəti konfransının keçirilmə tarixi açıqlanıb.

Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov AZƏRTAC-a bildirib ki, sözügedən konfrans noyabrın 26-da Kamerunun paytaxtı Yaunde şəhərində reallaşacaq. Builki konfrans Beynəlxalq Arxiv Şurası tərəfindən irəli sürülmüş “Arxivlər: İdarəetmə, yaddaş və irs” devizi altında keçiriləcək.

Noyabrın 28-dək davam edəcək konfransda ölkəmiz də təmsil olunacaq. Qeyd edək ki, iyunun 9-u Beynəlxalq Arxivlər Günüdür.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)