“DOĞRU. AZ” GƏLİR

“DOĞRU. AZ” GƏLİR

0 rəylər

Bu gün internet mətbuatının ön sıralarda irəliləməsi Azərbaycan mətbuatının uğurlarından xəbər verir. İnternet mətbuatının bir-biri ilə sağlam rəqabətə başladığı bir vaxtda DOĞRU.AZ informasiya agentliyi də mətbuat aləminə öz qədəmlərini qoyur. DOĞRU.AZ-ın adından da göründüyü kimi hadisə yerindən xəbərləri adına uyğun olaraq, doğru, düzgün, dəqiq və bütün hüquqlar çərçivəsində oxucuların diqqətinə çatdırmaq əsas hədəf nöqtəsidir. Yaradılmış yeni xəbər portalının xəbər bölmələrinin ölçüsü və meyarı Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və.s həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlərdən oxucuları agah etməyə köklənib. Dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaq DOĞRU.AZ ın başlıca şüarıdır. Yeni istifadəyə verilmiş xəbər agentliyi çap olunan xəbərlərini bütün sosial şəbəkələr vasitəsi ilə yayımlayaraq, oxucuları tez bir zamanda məlumatlandırmağı özünə borc bilib. Onu da diqqətə çatdıraq ki, yeni yaradılmış informasiya agentliyinin vəzifəsi yalnız yazı şəkilində xəbərlər yaymaq deyil, fiziki və hüquqi şəxslərlə görüşmək, reportaj formasında xəbərlər hazırlayaraq diqqətə çatdırmaq, rüşvətə və korrupsiyaya bulaşmış məmurları ifşa edərək, Azərbaycanın adına ləkə salmalarının qarşısını almaqdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan mətbuatına və mətbuat nümayəndlərinə göstərdiyi qayğı və diqqət onu deməyə əsas verir ki, Azərbaycan mətbuatı etibarlı əllərdədir. Hər gün çiçəklənərək, uğurlara yön alan Azərbaycan hər bir sahədə olduğu kimi mətbuat sahəsində də, dünya arenasında öz sözünü deyərək, layiqli imzasını atıb. Yeni yaradılmış DOĞRU.AZ informasiya agentliyinə bu çətin, yorulmaz işində uğurlar, informasiya agentliyinə isə geniş oxucu kütləsi arzulayırıq.

Medeniyyet.info.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)