“Çölçü” bədii filmi beynəlxalq mükafata layiq görülüb

“Çölçü” bədii filmi beynəlxalq mükafata layiq görülüb

0 rəylər

“Çölçü” bədii filmi ABŞ-da keçirilən “Accolade Global 2019”  Film Müsabiqəsində  “Merit Special Mention” mükafatına layiq görülmüşdür.

Bundan əlavə,  film iki beynəlxalq kino festivalının – “Near Nazareth Festival 2019” (İsrail) və “Florence Film Awards 2019” (İtaliya)  final, “European Screen Awards 2019”  festivalının isə müsabiqə mərhələsinə seçilmişdir.

Qeyd edək ki, rejissor Şamil Əliyevin Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafat qazanmışdır. “Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)