“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub

“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub

0 rəylər

Müasir cəmiyyətin ən ağır bəlalarından biri olan narkomaniya ilə mübarizəyə bu dəfə müraciət edilən mövzu olacaqdır. Ümumilikdə insanlığın, ən əsası isə gənclərin məhvinə böyük təhlükə saçan bu bəladan qorunmaq üçün cəmiyyətin bütün təbəqələrinin diqqətini çəkəcək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həyata keçirilən “Birgə mütaliyə” layihəsinin növbəti kitab müzakirəsi məhz narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr edilib.
25 iyun 2020-cil il tarixində V.Siqarevin “Şeytan ailəsi” əsərinin müzakirəsi gerçəkləşib. Layihənin bu dəfəki spikeri, Mərkəzin əməkdaşı Rəfiqə Nəsirova qeyd etmişdir ki, əsər bir ailənin narkomaniya silahı ilə necə məhv olduğundan bəhs edir. Eyni zamanda əsər əsasında səhnələşdirilən “Ağ ölüm” tamaşasından da söhbət açılıb. Məlumat üçün bildirmək istərdik ki, əsər gənc və istedadlı rejisor Ayla Osmanovanın quruluşunda Gənc Tamaşaçılar Teatrında təqdim edilib. Rejisorun əsərə gətirdiyi yeni nəfəs də xüsusi müzakirəyə səbəb olub. Müzakirə zamanı bu mövzuya həsr edilmiş məqaləyə də müraciət edilib. Narkomaniya ilə mübarizədə mədəniyyət vasitələrinin necə böyük rola sahib ola biləcəyi göstərilib.
Mütaliədə həmçinin Mərkəzin elmi katibi Cavid Əliyev, əməkdaşları Nurəddin Babazadə, Aygün Balabəyova, Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Əhliyyət Əliyev, Yardımlı rayon Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi Baba Babazadə və digərləri mövzu ətrafında çıxış ediblər.
Mütaliənin sonunda Mərkəzin direktoru Asif Usubəliyev qeyd etmişdir ki, son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsi, həmçinin belə maarifləndirici tədbirlərin təşkil edilməsidir.
Xatırladaq ki, Mərkəz tərəfindən zərərli vərdişlərə və narkomaniyaya qarşı bir neçə tədbir keçirilib. Onların sırasında Biləsuvar rayonunda “Sağlam həyat tərzi və mədəniyyət” mövzusunda silsilə debatlar və Ağcabədi rayonunda “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” mövzusunda seminarın adını xüsusi vurğulamaq olar.
Tədbir zamanı müasir cəmiyyətlərin bəlası adlanan zərərli vərdişlər ilə mübarizədə mədəniyyət və incəsənət mexanizmlərinin səmərəli istifadə olunması yolları, habelə dövlətin mövcud istiqamətdəki addımlarında mədəniyyət müəssisələrin rolu geniş müzakirə olunmuşdur. Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri, mədəniyyət könüllüləri, habelə bir neçə ali məktəb tələbələrinin iştirakı ilə keçirilmiş tədbirdə yerli və dünya ədəbiyyatında öz əksini tapmış əsərlər əsasında zərərli vərdişlərin şəxsi faciələrdən başlamış cəmiyyətin sosial bəlasına qədər problemə çevrilən neqativ sosial təzahürlər qınanmış və bu kimi hallarla daha fəal mövqe tutulmasına çağırışlar səsləndirilmişdir.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)