Beynəlxalq Türk Akademiyasının Azərbaycanla bağlı çap etdiyi kitabların təqdimatı olacaq

Beynəlxalq Türk Akademiyasının Azərbaycanla bağlı çap etdiyi kitabların təqdimatı olacaq

0 rəylər

Yanvarın 14-də Beynəlxalq Türk Akademiyası “Qarabağ: Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” ensiklopedik kitab-fotoalbomunun, “İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri” və “Azərbaycan Xalq Cümhuriyyəti” kitablarının təqdimatını keçirəcək.

AZƏRTAC xəbər verir ki, tədbirə tanınmış dövlət xadimlərinin, ziyalıların, elm adamlarının, diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirakı gözlənilir.

Akademiyanın rəhbəri Darxan Kıdıralı deyib: “Biz müharibə dövründə nəşr etdiyimiz elektron bülletenlərin hamısında Azərbaycana dəstək informasiyaları yayımladıq. Amma düşünürəm ki, Azərbaycanın zəfəri şərəfinə ən sanballı töhfəmiz “Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-fotoalbomu oldu. Ensiklopedik xarakterli bu nəşrdə biz Qarabağın tarixini, mədəniyyətini, ədəbiyyatını, tarixi şəxsiyyətlərini, təbiətini, canlandırdıq, vizuallaşdırdıq. Bu nəşrin özəlliyi ondan ibarətdir ki, burada qeyd edilənlərlə yanaşı, Qarabağa dair tarixi sənədlər, indiyədək imzalanmış beynəlxalq müqavilələr də əksini tapır və ən əsası, ilk dəfədir bir beynəlxalq təşkilat tərəfindən belə bir kitab çap edilir. Bilirsiniz ki, beynəlxalq təşkilatlar bir çox hallarda neytrallıq nümayiş etdirməyə çalışır. Amma düşünürəm ki, Beynəlxalq Türk Akademiyası düzgün olanı edib və Azərbaycan həqiqətlərini paylaşmağa, haqqını dəstəkləməyə çalışıb”.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)