Beynəlxalq kitab bağışlama günüdür

Beynəlxalq kitab bağışlama günüdür

0 rəylər

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Beynəlxalq kitab bağışlama günü” münasibətilə Yasamal rayonunda yerləşən Mərkəzi parkda “Hər kəs bir kitab oxusun” şüarı ilə sakinlərlə görüş keçirmişdir.

Kitabxana əməkdaşları görüş zamanı “Beynəlxalq kitab bağışlama günü” barədə ətraflı məlumat vermiş, bu günün tarixinə nəzər salmışlar. Kitabxananın şöbə müdiri Xəyalə Məmmədova “Beynəlxalq kitab bağışlama günü”nün 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitab saytı -“Delightful Children”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürüldüyünü və o gündən 14 fevral tarixinin “Beynəlxalq kitab bağışlama günü” kimi qeyd olunduğunu bildirmişdir.

Kitabxananın İnformasiya resursları üzrə böyük mütəxəssis Nağıyeva Ülkər sakinlərə kitabxananın fəaliyyəti, fondu haqqında geniş məlumat vermiş, sakinlərin suallarını cavablandırmışdır.

Görüş zamanı kitabxananın əməkdaşları sakinlərə “Azərbaycan tarixinə nəzər” diskləri və Rus dilində xarici ədəbiyyat nümunələri hədiyyə etmişlər.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)