"Balaca qara balıq" böyük sulara buraxıldı

"Balaca qara balıq" böyük sulara buraxıldı

0 rəylər

A.Şaid adına Dövlət Kukla Teatrı postpandemiya dövrünün ilk premyerasını keçirdi. Səməd Behrənginin məşhur "Balaca qara balıq" mənzum nağılı əsasında hazırlanan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Mükəmməl musiqi tərtibatlı birhissəli tamaşada rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov oynayırlar. 

Əsər doğulub yaşadığı arxın harda qurtardığını bilmək, əslində isə dünya sularına baş vurmaq məqsədi yolunda çətinliklərdən qorxmayan balaca qara balıq, başqa sözlə, tərəqqiyə can atan gənclik haqqındadır.  

medeniyyet.info


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)