Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

0 rəylər

Azərbaycan Respublikası Prezidentinin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 2017-ci il 23-27 aprel tarixində Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcəkdir.

Festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi və kollektivlər-Rusiyanın əməkdar kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, “Vyana-Berlin” Kamera Orkestri, “Drezden Ştaatskapella”, SSRİ Xalq artisti Yuri Temirkanov və başqaları iştirak edəcəklər.

Proqram:

Azərbaycan Dövlət Filarmoniyası, Saat 19.00

23 aprel – Festivalın açılışı, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti

24 aprel –  “Vyana-Berlin” Kamera Orkestrinin konserti (video çəkilişə tədbirin yalnız ilk 10 dəqiqəsində icazə veriləcəkdir, foto çəkiliş isə qadağandır)

25 aprel – “Drezden Ştaatskapella”nın konserti (video çəkilişə tədbirin yalnız ilk 10 dəqiqəsində icazə veriləcəkdir, foto çəkiliş isə qadağandır)

 

Heydər Əliyev Sarayı, Saat 19.00

26 aprel – Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestrinin konserti  

27 aprel – Festivalın təntənəli bağlanışı. Rusiyanın Əməkdar Kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestrinin konserti