Bakıda “Barrel Jazz Nights” adlı caz axşamları silsiləsinin davamı baş tutacaq

Bakıda “Barrel Jazz Nights” adlı caz axşamları silsiləsinin davamı baş tutacaq

0 rəylər

"Barrel Jazz Nights” silsiləsi 28-29 iyulda

2021-ci il 28-29 iyul Bakıda “Barrel Jazz Nights” adlı caz axşamları silsiləsinin davamı baş tutacaqdır. İlk keçirilmə məkanı “Barrel” meydanı olan bu silsilə sırf rəmzi mənada belə ad daşıyır və ilk növbədə  Azərbaycan  cazının  dostlarını və caz həvəskarları publikasını toplayan caz axşamları silsiləsi kimi düşünülmüşdür.

Xatırladaq ki, ilk “Barrel Jazz Nights” silsiləsi 2017-ci ildə sentyabr ayında beynəlxalq miqyasda keçilirmişdir. ABŞ, Gürcüstan, Rusiya və Azərbaycan caz ifaçılarının iştitrakilə dörd günlük konsertlər silsiləsi baş tutmuş və dinləyicilər arasında böyük rəğbət qazanmışdır.

Bu il baş tutacaq “Barrell Jazz Nights” caz axşamları Azərbaycanın tanınmış cazmenləri və caz qrupları – respublikanın xalq artisti Salman Qəmbərovun “Bakustik Caz” qrupu, əməkdar artist Tofiq Cabarovun “Bakuba Band” kollektivi, Ruslan Ağababayevin caz triosu, əməkdar artistlər İsfar Sarabskinin, Ruslan Hüseynovun və Əfqan Rəsulun Caz heyətləri, Səbinə Hacıyevanın Müasir Caz Bendi, gənc caz bəndliderlərindən  Afşin Əlizadənin, Nicat Aslanovun, Firudin Həmidovun, Diana Hacıyevanın, Ülviyyə Rəhimovanın və digər ifaçıların iştirakilə keçəcəkdir


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)