Bakı İncəsənət Mərkəzində Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılıb

Bakı İncəsənət Mərkəzində Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılıb

0 rəylər

Fevralın 12-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində memar-rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılıb.

Sərgi barədə fikirlərini bölüşən Zərnaz İmanzadə bildirib ki, onun ən çox xoşladığı işi “Əvvəl və sonra” əsəridir. Burada o, uzun sürən xəstəlikdən sonra ölümlə üzləşən insan obrazı təsvir etməyə çalışıb. Qeyd edib ki, əsərdə həyatın gözəlliyi və ölümün necə bir məfhum olduğu əks olunub.

İlk dəfə rəssamın əl işləri ilə tanış olan mərkəzin direktoru Rafael Gülməmmədov deyib: “Zərnaz İmanzadənin işlərini görəndə çox sevindim, bu abstrak incəsənət nümunələri mənə zövq verdi. Bu əsərlər sərgilənməyə layiqdir”.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)