Azərbaycanlı tələbələr Macarıstanda keçirilən Beynəlxalq Mədəniyyət Gecəsində iştirak ediblər

Azərbaycanlı tələbələr Macarıstanda keçirilən Beynəlxalq Mədəniyyət Gecəsində iştirak ediblər

0 rəylər

Macarıstanın Seqet şəhərində fəaliyyət göstərən Seqet Universitetində Beynəlxalq Mədəniyyət Gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, 230 qonağın iştirakı ilə keçirilən tədbirdə xarici tələbələr öz milli musiqi və rəqslərini nümayiş etdiriblər. Həmçinin onlar kulinariya müsabiqəsində iştirak ediblər. Adıçəkilən universitetdə təhsil alan azərbaycanlı tələbələr də tədbirə qatılaraq milli rəqslərimizi və mətbəximizin nümunələrini təqdim ediblər.

Çıxışlarına Müslüm Maqomayevin “Azərbaycan” mahnısının canlı ifası ilə başlayan azərbaycanlı tələbələr Tofiq Quliyevin “Biz mehriban ailəyik” mahnısı ilə gecəyə xoş əhval-ruhiyyə qatıblar. Sonra tələbələrimiz milli rəqsimiz olan “Yallı” haqqında ətraflı məlumat verib, bu musiqinin sədaları altında rəqs ediblər.

Tədbir çərçivəsində səfirliyin dəstəyi ilə hazırlanan Azərbaycan guşəsində ölkəmiz haqqında kitab, broşür və digər çap məhsulları və milli mətbəximizin nümunələri təqdim olunub.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)