Azərbaycanlı musiqiçi “Kiçik əllər milli simfonik orkestri” müsabiqəsinin finalında

Azərbaycanlı musiqiçi “Kiçik əllər milli simfonik orkestri” müsabiqəsinin finalında

0 rəylər

Strasburqda yaşayan Azərbaycan əsilli Dəniz Ramazanov Strasburqda keçirilən “Kiçik əllər milli simfonik orkestri”nin müsabiqəsində uğur qazanıb. O, Alzas regionunu bu il keçiriləcək müsabiqənin finalında təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, bu haqda Strasburqun DNA (Dernieres nouvelles d Alsace) jurnalında “Dəniz Ramazanov “Kiçik əllər simfonik” müsabiqəsinin finalında” adlı məqalə dərc olunub.

Məqalədə 9 yaşlı D.Ramazanov haqqında məlumat verilib. Bildirilib ki, Dəniz Strasburq Konservatoriyasının 3-cü sinif şagirdidir. Müsabiqə üçün müəllimi ilə birlikdə “Mi favorita” musiqisini seçib.

Ötən il koronavirus epidemiyası başlayandan müsabiqə onlayn formatda həyata keçirilir. Müsabiqədə 6 yaşdan 17 yaşadək 500 istedadlı yeniyetmə müxtəlif musiqi janrları və musiqi alətləri üzrə iştirak edir. Müsabiqənin qalibi olan gənc musiqiçilər Fransa və xaricdə konsertlər verir, televiziya və radioda, eləcə də Parisin “le Palais des Congrès de Paris”, “Pleyel, le Théâtre des Champs-Elysées” və “le Casino de Paris” kimi məşhur konsert saraylarında konsert verirlər.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)