Azərbaycanla bağlı nəşr olunan kitabların Almaniyada təqdimatı keçirilib

Azərbaycanla bağlı nəşr olunan kitabların Almaniyada təqdimatı keçirilib

0 rəylər

Dünya kitab sənayesi öncüllərinin görüş yeri olan Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 23-də
milli stenddə ölkəmizə dair yeni nəşrlərin təqdimatı baş tutub.

Almaniyada çalışan Azərbaycanlı jurnalist, yazıçı Vüqar Aslanov "İRS" jurnalının 2020-2021-ci illərdə Azərbaycan, ingilis və rus dillərində hazırladığı "Salam, Azərbaycan", "Gəncə. Nizami yurdu", Vətən müharibəsindən bəhs edən "Zəfər salnaməsi", Qarabağın dünənini və bu gününü əks etdirən "Qarabağın qara kitabı", "Ağac" Yayın Evinin Azərbaycan və alman dillərində nəşr etdirdiyi "Cəlil Məmmədquluzadə. Hekayələr" kitabları və "İRS" jurnalınının alman dilində dərc olunan yeni nömrəsi haqqında qonaqlara geniş məlumat verib.

Tədbir zamanı Almaniyada fəaliyyət göstərən Azərbaycanlı müğənni Zahid Quliyev, kamança ifaçısı Atəş Quliyev və almaniyalı müğənni Dagmar Kuhn qonaqlar üçün milli musiqilərimizi səsləndiriblər.

Qeyd edək ki, sərginin davam etdiyi 5 gün boyunca Azərbaycan stendində milli mədəni irsin, kitab sənayesinin tanıtımı ilə bağlı çoxsaylı görüşlər keçirilib, beynəlxalq tərcümə proqramlarının təcrübəsi bir daha öyrənilib və stendə qonaq gələn bir neçə mətbuat nümayəndəsinə Azərbaycan və onun sərgidə iştirakı barədə müsahibə verilib.

Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-də işini yekunlaşdırıb.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)