Azərbaycandan Özbəkistana göndərilən zəngin kitab kolleksiyasının sərgisi açılıb

Azərbaycandan Özbəkistana göndərilən zəngin kitab kolleksiyasının sərgisi açılıb

0 rəylər

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) çoxsaylı kitab kolleksiyası göndərib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və digər sahələri əhatə edən bu kitabların sərgisi də açılıb.

Sonra bu kitablar Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzinə veriləcək. Bundan başqa son beş ildə AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər də mərkəzə hədiyyə olunacaq.

Xatırladırıq ki, hazırda universitetdə açılacaq mərkəzdə son işlər aparılır.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)