Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək

Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək

0 rəylər

İyulun 11-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Azərbaycan və Özbəkistan məktəbliləri arasında "İstedadlı uşaqların sorağında" adlı beynəlxalq onlayn festival keçiriləcək.

Festivalın əsas məqsədi gələcəyimiz olan istedadlı uşaqların üzə çıxarılması, onların bacarıqlarının nümayiş etdirilməsidir.

Festival ana dilində gözəl və keyfiyyətli mütaliə bacarığını videoformatda nümayiş etdirmək, mütaliə edilən kitabın treylerini hazırlamaq, ana dilində intonasiya ilə şeir söyləmək, kiçik tamaşanın, səhnəciyin (ailəvi, bacı-qardaş da ola bilər) icra olunması, Azərbaycan və özbək dillərində milli mahnı, rəqs və musiqi alətində ifa etmək, hansısa bir sahədə qeyri-adi bacarıq və istedadın (qısa müddətdə hesablama, fitri yaddaş, az vaxtda hər hansı bir maketin hazırlanması və s.), idman və akrobatik qabiliyyətin nümayişi kimi istiqamətlər üzrə keçiriləcək.

Festivalda iştirak etmək istəyən hər iki ölkənin məktəbliləri AMM-nin culcenter.az@gmail.com elektron poçtuna kimlikləri, təmsil olunduqları məktəb və sinif, habelə festivalda hansı istiqamət üzrə iştirak edəcəkləri barədə məlumat göndərməlidir. Mədəniyyət Mərkəzindən iştiraka dair təsdiq aldıqdan sonra məktəbli festivalda iştirak etmək hüququ əldə edəcək.

Festivalda fərqlənən məktəblilərə AMM-nin fəxri diplomu və hədiyyələri təqdim olunacaq.

Xatırladırıq ki, festival keçiriləndən bir gün öncə ifanın videomaterialını Mədəniyyət Mərkəzinə göndərmək zəruridir.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)