"Azərbaycan-Ukrayna: Dostluq kitabdan başlayır” layihəsi çərçivəsində skayp-görüş

"Azərbaycan-Ukrayna: Dostluq kitabdan başlayır” layihəsi çərçivəsində skayp-görüş

0 rəylər

F.Köçərli adına Respublika Uşaq kitabxanası 17 mart 2017-ci ildə Ukrayna Milli Uşaq Kitabxanası ilə  “Azərbaycan-Ukrayna: Dostluq kitabdan başlayır”  layihəsi çərçivəsində skayp-görüş keçirdi. Mətbuat xidmətindən medeniyyet.info-ya verilən məlumata görə  tədbirdə Ukrayna uşaq yazıçısı, illustrator   S.Rudikova və jurnalist, yazıçı, illustrator İ.Kiriçenko, kitabxananın əməkdaşları, oxucuları, Azərbaycan uşaq yazıçısı Solmaz Amanova və xalq rəssamı Arif Hüseynov, 134 saylı məktəbin 4-cü sinif şagirdləri, kitabxana əməkdaşları iştirak edirdi. Skayp görüşdə uşaqlar hər iki ölkənin yazıçı və rəssamları ilə tanış oldular. Kitablarda çəkilmiş rəsmlərin dili ilə öz fikirlərini söylədilər. Sonra hər iki tərəfdən rəssam və yazıçılar kitablar, rəsmlər haqqında uşaqlarla söhbət edilər. Tədbirdə uşaqlar kitablar ilə bağlı maraqlı suallarını öz həmyaşıdlarına ünvanladılar. Belə suallardan: İnternet kitabı əvəz edəçəkmi? Hansı janrda kitab oxumağı xoşlayırsız? Kitabda çəkilən şəkillər sizə kömək edir, yoxsa fikrinizi yayındırır? Kitab bizə nədə köməkçidir? və s.

Ukraynalı uşaqlar Azərbaycan uşaq yazarlarının kitabları, 134 saylı məktəbin 4-cü sinif şagirdləri isə ukraynalı müəlliflərin kitabları haqqında fikir mübadiləsi apardılar. Kitablarla bağlı keçirilən viktorinada hər iki tərəfdən uşaqlar çox fəal iştirak etdilər. Tədbirin sonunda Fləş mob ilə uşaqlar “Sən tək deyilsən”, “Oxuyun, oxuyun” mahnıları ilə bir-birlərindən ayrıldılar. Maraqlı görüş yəqin ki, uzun müddət uşaqların yaddaşlarında qalacaq və hər iki tərəf yenidən skayp görüşdə görüşmək ümidilə vidalaşdılar.

Ukrayna Milli Uşaq Kitabxanasının baş direktoru Alla Qordiyenko, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova təşkil olunan skayp görüşlə bağlı öz təşəkkürlərini birldirdilər və qeyd etdilər ki, kitablar dostuq körpüsü kimi bizi birləşdirir, düşündürür, ən yaxın dost kimi biz daim onlardan öyrənirik.  Şəhla xanım qarşıdan gələn 21 mart- Beynəlxalq Novruz Bayramı münasibətilə hər birini təbrik etdi, bütün Ukrayna xalqına yeni xoş günlər, aydın səma, işıqlı gələcək və sülh arzuladı. Qoy bütün dünyanın uşaqları həmişə xoşbəxt olsunlar, müharibə görməsinlər. Atılan mərmi səsləri deyil, fişəng səsləri onları oyatsın.

Tədbirdə iştirak edən bütün uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalın yeni sayları hədiyyə edildi.