Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin may ayının 26-da saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 22 may 2022-ci tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.