Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

0 rəylər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin iyun ayının 21-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) Balakən və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) Şəki şəhəri və Oğuz rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici

şəxs

Əlaqə

telefonu

1

Balakən rayonu

Şəfəq Hacıyeva

051-663-53-33

024-295-17-23

2

Zaqatala rayonu

Fizzə Mahmudova

055-570-07-37

024-225-24-32

3

Şəki şəhəri

Mirvari Zeynalova

055-462-07-00

024-244-21-60

4

Oğuz  rayonu

Ulduz Baxışova

050-547-18-14

024-215-21-00

5

Qax rayonu

Dilarə Əzizova

055-681-96-93

024-255-22-83

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)