Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il avqust ayının 31-də saat 10:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 1) Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 26 avqust 2022-ci il tarixinə qədər Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.